Dünya bazarında neftin qiyməti son 8 ildə ilk dəfə 111 dolları ötüb
Ukraynadakı geosiyasi vəziyyət fonunda dünya bazarında neftin qiyməti qalxır.
Paralel.az xəbər verir ki, London birjasında Brent markalı neftin fyuçerslərinin qiyməti 5,81% artaraq 1 barelə görə 111,07 dollar təşkil edib. Qeyd olunan qiymət Bakı vaxtı ilə saat 11:00-da müəyyən edilib.
Texas Light WTI markalı neftə gəlincə, onun qiyməti 5,95% artaraq bir barelə görə 109,56 dollar təşkil edib.
Qeyda edək ki, Azərbaycan nefti hazırda 112 dollara satılır.
Akif