Niyə İraqda və Suriyada öldürülən körpələr və dinc əhali üçün dünya indiki qədər birlik göstərmədi?
Çingiz Şahbazi:
Sosial şəbəkələrdə insanları düşündürən bir mövzu dolaşır. Bu mövzu ondan ibarətdir ki, İraqda və Suriyada öldürülən on minlərlə körpə uşaqlar üçün və yüz minlərlə öldürülən dinc müsəlman əhali üçün dünya indiki qədər birlik və həmrəylik göstərmədi. Onlara bu qədər ilgi və yardım olunmadı. Mənə görə çox aktual mövzudur və haqlı olaraq burda iradlar var. Əslində bu ikili standartlar üzərindən aparılan siyasətin nəticəsidir. Amma, dünyanın istənilən ölkəsində şərəfli və ədalətli insanlar var və bu insanların yanaşmalarında mərhəmət prinsipi və ədalət prinsipi dəyişməzdir.
İndi isə Suriya və Ukrayna arasında olan xüsusi bir fərqi göstərməyə çalışacam. Konkret olaraq qeyd etmək istəyirəm ki, Bəşər Əsəd xalqı tərəfindən etimad olunmayan və xalqdan ayrı olan bir dövlət başçısıdır. Zelinskini isə xalq tərəfindən etimad qazanan və xalqın yanında düşmənə qarşı döyüşən bir dövlət başçısıdır. Bu amil, dövlətin sabitliyi üçün əsas şərt sayılır. Məhz ona görə də hər bir insan öz ölkəsinin gələcəyi və sabitliyi üçün məsuliyyətlidir. Bu məsuliyyəti dərk etməyənlərin aqibəti, dünyanın dörd yanına səpələnmiş Suriya xalqının üzləşdiyi sonluqla bitə bilər.