Rusiyanın siyasətində əsas yeri milli qüvvələri ləkələmək tutub
Çingiz Şahbazi:
Rusiyanın siyasətində, bütün postsovet məkanında milli qüvvələri ləkələmək siyasəti əsas yer tutub. Butün hakimiyyətləri, az istisnalarla Rusiya təyin edib və hətta ölkənin aparıcı müxalifətini də onlar nəzarətdən kənar qoymayıblar. Bizim ölkəmizdə də bu işlər belə davam edib və son 20 ildə artıq Rusiyanın bu siyasəti bütün sahələrə yayılaraq oturuşmuşdur. Bir az diqqət etsəniz görərsiniz ki, azsayda milli insanımız var ki, onlara qarşı Rusiyanın xüsusi tapşırığları əsasında planlar həyata keçirilib. İstər hökumət tərəfindən olsun istər müxalifət tərəfindən , illərlə əsassız böhtanlar və şər kompaniyaları təşkil olunaraq xalqın gözündən salmağa çalışıblar. Çünki, Rusiya əsla ölkəmizdə milli düşüncə sahiblərinin hər hansı bir fəaliyyətini qəbul edə bilməzdi. Bu postsovet respublikalarında, pribaltika xaric , xüsusi olaraq həyata keçirilib.
Paralel.az