"10 azərbaycanlı tələbə Kiyevdən çıxarılıb"

 

Bir neçə gündür Kiyevdəki yaşayış binalarından birinin yeraltı avtodayanacağında çətin vəziyyətdə qalan 9 azərbaycanlı tələbə Ukrayna paytaxtını tərk edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, onların sıralarına daha bir tələbə soydaşımız qoşulub və qatarla Kiyevdən daha təhlükəsiz istiqamətə yola düşüblər: "Dövlət Komitəsi tələbələrlə daimi əlaqədədir, onların valideynlərindən və yaxınlarından narahat olmamağı xahiş edir. Tələbələr uyğun şərait yaranan kimi Ukrayna ilə həmsərhəd olan ölkələrdən birinin ərazisinə keçiriləcək və oradan Azərbaycana təxliyə olunacaqlar. Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaşayan soydaşlarımızın Bakıya təxliyəsi istiqamətində fəaliyyətini müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirir".

Paralel.az

0.034060001373291