19 saylı şəhər poliklinikasında tibbi xidmətdən başqa hər şey var! - şikayət

19 saylı şəhər poliklinikasında tibbi xidmətdən başqa hər şey var! - şikayət
 

Endekrinoloq Cəmədova Fəxrəndə Vaqif qızının özünə həkim lazımdır

Neçə gündür 19 saylı şəhər poliklinikasında qeydiyyata düşmək istəyirəm. Lakin 2 həftə keçməsinə baxmayaraq bu qeydiyyata düşə bilmirəm. Səbəbi çox sadədir. Baş həkim Qurbanova Aytən Fərhad qızını iş yerində tutmaq mümkün deyil.

Günün hansı məqamında katibəsindən baş həkimi soruşursan deyir ki, baş həkim nazirlikdə iclasdadır. Bir həftənin 5 iş günündə yalnız bir dəfə baş həkimi koridorda ayaqüstü görmüşəm.

Poliklinikada hökm sürən anarxiya ilə bağlı fikrimi bildirmişəm sakitcə dinləyib, lakin heç bir tədbir görməyib.
Əvvəla, qeyd edim ki, Yasamal kimi çoxsaylı insan yaşayan rayonda yerləşən 19 saylı poliklinika yaşayış binasının birinci mərtəbəsində çox darısqal binada yerləşir.

Səhərlər xəstə insan sıxlığından poliklinikada hərəkət etmək belə, mümkün deyil. Darısqal kabinetlərdə 3-4 nəfər tibb işçisi birlikdə əyləşir. Xəstələrin müayinədən rahat keçməsi qeyri mümkündür. Tibbi personal xəstələrə qarşı hədsiz kobud davranır.

Şəkər xəstəsi olduğuma görə, qeydiyyat şöbəsindən məni endekrinoloq Səmədova Pərxəndə xanımın oturduğu 27 saylı kabinetə göndərdilər. Qapını döyüb içəri daxil oldum. Salam verib 3 nəfərdən kimin həkim olduğunu sordum. Cüt oturmuş tibb bacısının birinin işarəsindən anladım ki, kabinetin pəncərəsinin qarşısında əyləşən xanım endekrinoloqdur.

Endokrinoloq mənim müraciətimə əhəmiyyət vermədən tibb bacısı ilə söhbətini davam etdirdi. Həkimin nəzakətsiz davranışından əsəbləşdim və şəkərimin yüksəldiyini hiss etdim.

Əsəbi halda həkimin və tibb bacılarının adlarını soruşdum. Adlarını demədilər. Yenidən baş həkimin otağına şikayətə getdim. Katibə yenə də dedi ki, baş həkim nazirlikdə iclasdadır! Katibənin belə deməsi əsəblərimi bir qədər də gərginləşdirdi və sənədlərimi qeydiyyat otağına verib poliklinikadan çıxmaqdan başqa çarəm qalmadı.

19 saylı poliklinikada bu xoşagəlməz hadisənin baş verməsindən düz 10 gün keçir. Lakin hələ də özümə gəlməmişəm, 19 saylı poliklinikaya getmək və qeydiyyata düşmək yadıma düşəndə tüklərim biz-biz olur. Nə endokrinoloq Fəxrəndə Səmədova ilə, nə də baş həkim Aytən Fərhadova ilə qarşılaşmaq istəmirəm.

Çünki bu xanımlar həkim olsalar da, xəstə insanların bunlarla görüşməsi bir yana, sağlam insan bunlarla görüşərsə, çox ağır xəstə düşəcəklərinə şübhə etmirəm...

Bəli, bu xırdaca qeydlərim Azərbaycanın səhiyyə sahəsində mövcud olan durumun necə ağır olduğunu, hətta xanım tibb işçilərinin xəstələrlə normal davranış qaydalarına əməl etməmələri belə, adi hal kimi qarşılanır.

P. S. Baş həkimin müavininin Pərxəndə xanım Səmədova barədə dediklərinə münasibət haqqında rəyi gələn yazımda oxuculara təqdim edəcəm.

P. P. S. İnsanlar ölkənin səhiyyə və tibb müəssisələrinin erməni əsillilər tərəfindən ələ keçirildiyini deyəndə inanmırdım. Amma 19 saylı poliklinikada qarşılaşdığım xoşagəlməz haldan sonra deyilənlərin yalan olmadığını  başa düşdüm...

Qarabağ müharibə veteranı,  birinci Qarabağ müharibəsində 3 il erməni ilə döyüşmüş ziyalının qeydləri...

0.069427013397217