"Lənət olsun sizə, məxluqlar!" :Sergey Deyneko
Ukrayna Sərhəd Xidməti Administrasiyası
Belarus Dövlət Sərhəd Komitəsinin sədri general-leytenant A.P Lappoya
Mehriban qonşuluq münasibətlərinə zidd olaraq 2022-ci ilin 24-26 fevral tarixlərində Belarus Respublikasının hərtərəfli yardımı ilə həmin ölkənin ərazisindən hərbi aviasiya, ballistik raketlər, artilleriya, tanklar, quru qoşunları və digər qüvvələrdən istifadə etməklə Rusiya Federasiyasının Ukraynaya açıq hərbi təcavüzü həyata keçirilib. Sərhədin Ukrayna-Belarus hissəsində Rusiya bölmələri Belarus Respublikasının köməyi ilə Ukraynada mülki obyektləri dağıdıb, dinc əhalini qətlə yetirib, Ukraynanın dövlət suverenliyinə və ərazi bütövlüyünə qəsd etmək və ölkəni işğal etmək məqsədilə raket və bomba zərbələri endirib. Belarus Respublikası Rusiya Federasiyası ilə birlikdə beynəlxalq hüququn müddəalarına, humanizmin elementar normalarına və həyat dəyərlərinə məhəl qoymadan Ukraynaya qarşı müharibə aparır.
BİZ QALİB GƏLƏCƏYİK!
Lənət olsun sizə, məxluqlar!
Nifrətlə!
Ukrayna Dövlət Sərhəd Xidmətinin sədri: General-mayor Sergey Deyneko
Paralel.az