Ukraynada həlak olan mülki əhalinin sayı açıqlanıb: ikisi uşaq olamqla...
İndiyədək Ukraynanın mülki əhalisi arasında ikisi uşaq olmaqla 57 nəfər həlak olub, daha 177 nəfər isə yaralanıb.
Paralel.az-ın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında deyib.
"Bu günədək Ukrayna ordusu tərəfindən 800-ə yaxın rusiyalı hərbçi, 7 təyyarə, 7 helikopter, 30-dan çox tank, 130-dan çox zirehli maşın məhv edilib. Xerson, Novaya Kaxovka, Oreşkin şəhərləri ələ keçirilib", - deyə səfir bildirib.
O əlavə edib ki, gecə Kiyevə raket zərbələri nəticəsində çoxmərtəbəli bina yanıb, 8 nəfər yaralanıb, 150 nəfər təxliyə olunub.