Bu görüntülər doğrudanmı Ukraynada çəkilib?

Bu görüntülər doğrudanmı Ukraynada çəkilib?
 

Paralel.az türk mətbuatına istinadla xəbər verir ki, Rusiyanın Ukraynaya hücumu rəqəmsal rabitə sahəsində daha bir cəbhə açıb. TikTok-da Ukraynada olduğunu iddia edən canlı yayımçılar olsa da, bəzi ekspertlər bu dövrlərdə məlumatı təsdiqləyən kanallardan məlumat almağın vacibliyinə diqqət çəkirlər: “Rusiyanın Ukraynaya qarşı intensiv hücumlarını internetdən də izləmək olar. Bu müharibə ilə Telegram və Twitch kimi platformalar müharibə ilə bağlı məzmunla dolmağa başlayıb. Xüsusən də canlı yayım və yayımın peşəyə çevrildiyi bir vaxtda bu, Rusiyanın Ukraynaya hücumları ilə üst-üstə düşüb.
Danimarkalı iş adamı Olivye Aleksandr müharibəni Portuqaliya sahilindəki evindən 3000 kilometr uzaqda izləyə bilir. O baxdığı videoların hamısının gerçək olduğuna əmin deyil və çaşqın olduğunu deyir.
 Bəzi insanlar müharibə ilə bağlı şərhlərə etibar etmədikləri üçün yalnız sosial mediada rastlaşdıqları görüntülərdən inkişafları izləyə bilirlər. Harvard Universitetindən Coan Donovan bildirir ki, indi ənənəvi mediaya etibar etməyin vaxtıdır.
O deyir ki, bir çox köhnə şəkillər artıq sosial mediada yayılır. Onun sözlərinə görə, hazırda sosial şəbəkələrdə rusların ciddi dezinformasiya hərəkəti var.
Amerikalılar xüsusilə Rusiya qüvvələrinin irəlilədiyi nöqtələrlə bağlı ciddi dezinformasiya kampaniyasının aparıldığını bildirirlər. Rusiya ordularının ölkədəki irəliləyişləri anbaan TikTok videolarından yayımlanır.
Dünən Ukraynada günəş doğmamışdan əvvəl insanlar “Google” naviqasiyasını işə salanda sərhədyanı ərazilərdə ciddi tıxacın olduğunu görüblər. Bu, insanların ölkədən qaçmaq istədikləri üçün deyil, Rusiya hərbi konvoyunun qoyduğu maneələr səbəbindən hərəkət idi.
Müharibə üçün yaradılan xəritələri araşdıran silaha nəzarət üzrə ekspert, professor Jeffrey Lewis bildirir ki, Rusiya hərbi konvoyunun qoyduğu maneələr səbəbindən sərhədə yaxın ərazilərdə avtomobil növbələri yaranıb.
TikTok-da müharibə ilə bağlı saxta şəkillər başqa bir problemdir. Ukraynada Rusiya əleyhinə nümayişləri ehtiva edən bu məzmunların bəziləri doğrudur, lakin bəzi kontent istehsalçıları Ukraynada olmasalar da, dublyajları ilə özlərini Ukraynada göstərmək istəyirlər.
 Demək olar ki, 20 milyon baxışı olan başqa bir videoda bir əsgərin Ukraynaya paraşütlə enişi əks olunub. Bu videoda ən çox bəyənilən şərhdə “Qardaşım işğalı qeydə alır” ifadəsi olub. Sonradan məlum olub ki, video ilk dəfə 2016-cı il aprelin 6-da İnstaqram hesabına yüklənib.
Türkiyədə də böyük auditoriyaya malik olan “Twitch” yayım platformasında Rusiyanın ciddi dominantlığı var. Bir verilişdə Belarus prezidenti Aleksandr Lukaşenkonun Nazirlər Kabinetinə müraciəti Rusiya televiziyası tərəfindən şərh edilib, başqa bir yayımçı isə rusiyalı komediyaçı Danila Popereçninin 25.000 canlı izləyicisi olan “Müharibəyə yox” verilişini izləyib.
Dünya indiki Soyuq Müharibə şəraitindən fərqli bir dövrdə yaşayır. ABŞ xüsusilə Facebooku Rusiyanın rəsmi nəşriyyatlarının məzmununa icazə verdiyinə görə tənqid edir”.
Nigar

0.039973974227905