Odessada türk gəmisi vurulub

Odessada türk gəmisi vurulub
 

Paralel.az xəbər verir ki, Ukraynanın Odessa sahillərində türkiyəli iş adamına məxsus yük gəmisi vurulub. Can itkisi olmasa da, gəmiyə maddi ziyan dəyib: “Yasa Dənizçilikə məxsus Marşal Adaları bayrağı altında yük gəmisi olan “YASA Yupiter” yük gəmisi yükləmə prosesini başa vuraraq dünən saat 14.00-da Ukraynanın Odessa limanından yola düşüb. 

İstanbula gedən gəminin 5 saylı anbarının yaxınlığında partlayış baş verib. Türk ekipajlı gəminin göyərtəsində ölən və ya xəsarət alan olmayıb. Maddi ziyana uğrayan gəmi sürətini azaltmadan Qara dənizə üzərək Türkiyə ərazi sularına doğru hərəkətini davam etdirib. Naviqasiya təhlükəsizliyi baxımından heç bir maneənin olmadığı bildirilən gəminin bu gün İstanbulda olması gözlənilir.
Gəminin bomba və ya raketlərlə vurulduğu güman edilir. 199 metrlik yük daşıyıcısı Braziliya-Cəbəllütariq-Odesa-İstanbul marşrutu ilə işləyir”.
Nigar
0.08472204208374