Krım müftisi Beloqorskda İslam abidəsinin yenidən qurulmasını yüksək qiymətləndirib

Krım müftisi Beloqorskda İslam abidəsinin yenidən qurulmasını yüksək qiymətləndirib
 

Paralel.az xəbər verir ki, Krımın müftisi Əmirəli Ablayev Krım Millətlərarası Münasibətlər üzrə Dövlət Komitəsinin rəhbəri Aider Tippa ilə görüşündə  Beloqorskdakı Taş-Xan karvansarasının tarixi ərazisinin yenidən qurulması layihəsini müsbət qiymətləndirib: “Bu abidənin qorunub saxlanılması və dirçəldilməsi şəhərin turistik cəlbediciliyinə töhfə verəcək, investisiyaların cəlb edilməsi üçün əlverişli iqlim yaradacaq. Biz başa düşürük ki, arxeoloji tədqiqatlar aparmaq üçün pul lazımdır, lakin məqsədə çatmaq üçün birlikdə bütün mümkün addımları atmalıyıq” deyə, Müftiliyin mətbuat xidməti xəbər verib.
Böyük və ya Yuxarı Taş-Xan tarixi mənbələrə görə, XV əsrdə tikilib. Onun vəzirin göstərişi ilə tikildiyi bildirilir. Krımın müftisi bu obyektin ölkə üçün xüsusi tarixi və mədəni əhəmiyyəti olduğunu vurğulayıb”.
Nigar

0.018052816390991