“Rusiyaya birbaşa hücum məğlubiyyətə səbəb olacaq”

“Rusiyaya birbaşa hücum məğlubiyyətə səbəb olacaq”
 

“Rusiya planetin ən güclü nüvə dövlətlərindən biri olaraq qalır, ona görə də heç bir potensial təcavüzkar onun tamamilə məğlub olmayacağına şübhə etməməlidir”.

Paralel.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.

O, qeyd edib ki, Rusiya ən güclü nüvə dövlətlərindən biridir:

“Hərbi sahəyə gəlincə, müasir Rusiya SSRİ-nin dağılmasından və nüvə potensialının əhəmiyyətli bir hissəsini itirdikdən sonra belə, bu gün ən güclü nüvə dövlətlərindən biridir. Üstəlik, o, bir sıra ən son silah növlərində müəyyən üstünlüklərə malikdir. Bu baxımdan, Rusiyaya birbaşa hücumun potensial təcavüzkar üçün məğlubiyyətə və dəhşətli nəticələrə səbəb olacağına heç kim şübhə etməməlidir”, - deyə Prezident bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın nüvə silahına malik olmasına icazə verməyəcək.
Akif

0.018270969390869