BSU-da inanılmaz olay: tələbələr bu yola da əl atdı

Bu gün Bakı Slavyan Universitetində imtahan zamanı qəribə və maraqlı hadisə yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə hüquqşünas Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, universitetin Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələri (rus bölməsi) Nizami Gəncəvinin yaradıcılığı mövzusunda imtahana qəribə formada “hazırlaşıblar”.

Belə ki, fakültənin əksər tələbələri imtahana girərkən qələmlərin üzərinə səliqəli formada yapışdırılmış “şparqalka”dan istifadə ediblər. Nəzarətçilərin diqqətini hamının eyni qələmdən istifadə etməsi çəkib. Yoxlama zamanı bəlli olub ki, qələmlərin üstləri tələbələr tərəfindən hazırlanmış və imtahana düşəcək sualların əsas ana xətlərini əhatə edən köçürmələrdir.

Təxminən 40-50 qələm müsadirə edilərək götürülüb.

 

0.061014175415039