Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır

Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır
 

“AQTA-nın apardığı işlər davamlı deyil, epizodikdir!"
“Azad İstehlakçılar” İB 2019-cu ildə  qəndin istehsalıyla bağlı müvafiq araşdırma apararaq cəmiyyətə ətraflı məlumat verib, müvafiq dövlət qurumlarına, o cümlədən Qida Təhlükəsizliyi Agentliyinə rəsmi müraciətlər edib. Respublika Prokurorluğu, Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülüb, “kəllə qənd” istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatları istehsalı müəssisələrində  reydlər kecirilib, qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunub. Eyni zamanda, qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni  ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alınıb. Bu işlər 2019-cu ildə olub. Bəs hazırda vəziyyət necədir?!
AİB rəhbəri Eyyub Hüseynov deyir ki, istehlakçılardan daxil olan məlumatlar əsasında bir  “Kəllə qənd” nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələri əldə edilərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda  geniş şəbəkə ilə satıldığı müəyyən edilib: “Məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalçıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan  bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur - şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa” qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla  tam bəyaz “kəllə qənd” əldə olunur.
İkincisi isə qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə- kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır.  Bundan sonra məhlul qəliblərə yerləşdirilib soyudulur və  gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri o yerə gətirib cıxarıb ki, hətta kimyəvi yolla  kəllə qənd istehsalını bəzi ölkələrdə standartlara da daxil etməklə  haqq qazandırıblar. Məsələn, MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında  1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram  kükürd dioksidın  ola bilməsi nəzərdə tutulub (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə, bu maddənin istifadə edilməsinə icazə verilmir).
Ölkəmizdə “Tayqa Ticarət”müəssisəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad 1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı  1 kq məhsulda 70,2 mq  kükürd dioksid olduğunu göstərib. Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
Araşdırmalarımız göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİB birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir. Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözügedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
Hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə, bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-in iştirakı ilə məhv edilməlidir”.
Qeyd edək ki, bununla bağlı AİB Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə  rəsmi müraciət edib.
Nigar

Paralel.az

0.038737058639526