Alimlər yarasalarda üç yeni koronavirus aşkar ediblər
Paralel.az xəbər verir ki, Laosda yarasalar üzərində aparılan araşdırmada elm adamları insan sağlamlığı üçün təhlükə yarada bilən üç yeni koronavirus aşkar ediblər.
Alimlərin yarasalar üzərində apardıqları araşdırmalar narahatedici olub.
Tədqiqatçılar Covid-19 xəstəliyinə səbəb olan Sars-CoV-2 virusunun mənbəyinin yarasalar olduğu nəzəriyyəsini gücləndirəcək kəşflər ediblər.
Yarasalarda tapılan BANAL-103, BANAL-236 və BANAL-52 adlı 3 koronavirus pandemiyaya səbəb olan Sars-CoV-2 ilə oxşar genomik xüsusiyyətlərə malikdir.
Alimlər kristalloqrafiya və molekulyar dinamikanın hesablama simulyasiyaları da daxil olmaqla müxtəlif üsullardan istifadə edərək, bu 3 virusun Sars-CoV-2 ilə eyni reseptor vasitəsilə insan hüceyrələrinə daxil ola biləcəyini aşkar ediblər.
Araşdırmada aşkar edilən yeni virusların “insan sağlamlığı üçün risk yarada biləcəyi” qeyd edilib.
Nigar