Ölkədə sistem və antibiotik çatışmır
Paralel.az İran mediası a istinadən xəbər verir ki, İranda son günlər aptek (daruxana) və xəstəxanalarda kəskin dərman qıtlığı yaşanır. Ölkədə bir çox adda dərman çatışmır.
Artıq dərman qıtlığının sistem (serom) və antibiotiklərə də çatdığı deyilir.
Problemə səbəb kimi koronavirusun omikron ştammı və xarici valyuta çatışmazlığı göstərilir. Belə ki, İran təqvimi ilə 1400-cü ildə (21 mart 2021-21 mart 2022) dərman idxalı üçün hökumət büdcədən cəmi 2 milyard dollar valyuta ayırıb. Bu məbləğ isə ilk 6 ayda bitib.
Qara bazarlarda isə qonşu ölkələrdən qaçaqmalçılıq yolu ilə İrana gətirilmiş dərmanlar satılır. Onların da qiyməti dəfələrlə bahadır. Bununla da, görünür, müəyyən qruplar dərman qaçaqmalçılığından belə pul qazanmaqla məşğuldurlar.
Akif Nəsirli