Erməni mətbuatı: “Azərbaycan vətəndaşlarının Ermənistanda ən azı altı mülkü var”

Erməni mətbuatı: “Azərbaycan vətəndaşlarının Ermənistanda ən azı altı mülkü var”
 

Paralel.az xəbər verir ki, “Azərbaycan vətəndaşlarının Ermənistanda ən azı altı mülkü var” deyə,  “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Kadastr Komitəsindən məlumat verilib: “2010-2021-ci illərdə Ermənistanda Türkiyə vətəndaşları daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirib. Komitənin məlumatına görə, Azərbaycan vətəndaşları 2012 (2), 2018, 2019-cu illərdə mənzil alıblar. Daha bir mənzil hədiyyə olaraq alınıb (2012). Bundan əlavə, bir ictimai əhəmiyyətli obyekt alınıb.
Qeyd edək ki, söhbət etnik mənsubiyyətindən yox, Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir. Onların milliyyətcə azərbaycanlı olub-olmadığını deyə bilmərik.
Türkiyə vətəndaşlarına gəlincə, göstərilən müddət ərzində onlar Ermənistanda 53 mənzil alıb, 1-i hədiyyə, 1-i dəyişdirilib. Bundan əlavə, 5 fərdi yaşayış evi, 1 qaraj, 7 ictimai obyekt, 3 torpaq sahəsi alıblar.
Ən çox alış 2016 (8), 2017 (14), 2019 (18) və 2021 (8) illərində olub.
Onu da qeyd edək ki, qeyd olunan müddət ərzində Türkiyə və Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxslər Ermənistanda daşınmaz əmlak sahəsində heç bir əməliyyat aparmayıblar.
İqtisadiyyat naziri Vahan Kerobyan bir müddət əvvəl bəyan etmişdi ki, Türkiyə vətəndaşları həmişə Ermənistanda mülk əldə ediblər”.
Nigar

0.039430856704712