COVİD-19 pasportlarının müddəti müəyyənləsdi
Paralel.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu ilin fevral ayının 15-dən etibarən COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur. İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab edilir. Yəni hər bir Azərbaycan vətəndaşı ikinci doza peyvənd qəbul etdiyi gündən 6 ay keçdikdən sonra üçüncü ("buster") döz peyvənd qəbul etməlidir. Əkis təqdirdə həmin şəxsin peyvənd pasportu qüvvədən düşmüş sayılacaq.
Pasportu qüvvədən düşmüş şəxslərin restoranlara, iri ticarət mərkəzlərinə, mehmanxanalara və s. ictimai iaşə yerlərinə giriş mümkün olmayacaq.
Akif Nəsirli