İnsan ürək əzələsi hüceyrələrindən biohibrid balıq yaradılıb

İnsan ürək əzələsi hüceyrələrindən biohibrid balıq yaradılıb
 

Paralel.az xəbər verir ki, Harvard və ABŞ-ın Emori Universitetinin tədqiqatçıları insan ürək əzələsi (miokard) hüceyrələrindən biohibrid balıq yaradıblar.
 Bu, alimlər qrupunun ürək hüceyrələrindən yığdığı ilk robot deyil. Bir neçə il əvvəl alimlər siçovulun ürək hüceyrələrindən meduza robotu, sonra isə işıq impulsları ilə idarə oluna bilən biohibrid stingray düzəldiblər.
Lakin yeni robot yaratmaq üçün tədqiqatçılar insan kök hüceyrələrindən əldə edilən ürək əzələ hüceyrələrini təkmilləşdiriblər. Nəticədə onlar özbaşına üzə bilən robot balıq yaratmağa nail olublar. Biohibrid balığın quyruq üzgəyinin hər tərəfində növbə ilə büzülüb istirahət edən insan ürək hüceyrələri təbəqəsi var.
Bu tədqiqatın əsas məqsədi ürəyin işini daha ətraflı öyrənməkdir. Yeni məlumatlar aritmiya kimi xəstəliklərin başa düşülməsini yaxşılaşdırmağa kömək edəcək və nəticədə daha yaxşı süni orqanların yaradılmasına gətirib çıxaracaq.
Tədqiqatın baş müəllifi Kit Parker “Bizim əsas məqsədimiz qüsurlu yeni doğulmuş ürəyi əvəz edə biləcək süni ürək yaratmaqdır”  deyib.
Nigar

0.039220094680786