Bakı ŞİH-in başçısı Eldar Əzizovun və icra başçısı Elşad Həsənovun Yasamal "sərgüzəştləri" - Şikayət

Bakı ŞİH-in başçısı Eldar Əzizovun və icra başçısı Elşad Həsənovun Yasamal
 

İcra başçıları rayonda boş torpaq və yaşıllıq sahələrini, yaşayış binalarının birinci mərtəbəsində olan mənzilləri rüşvətlə ticarət obyektinə çevirir.

Bakını gözəllik şəhəri adlandırsalar da, əslində gözəllik sözünü şəhərin "Dənizkənarı park" və onun ərtafından başqa ayrı yerə aid etmək düz deyil. Çünki müstəqillik illərində Bakı şəhərinin gözəlləşməsi üçün dövlət büdcəsindən milyardlarla pul ayrılsa da, bu pulların əksər hissəsi Bakı Şəhər İcra Hakimiyyətinin 20 il "əfsanəvi sahibi" olmuş Hacıbala Abutalıbov və onun dağıdıcıları tərəfindən göyə sovrulduğu və mənimsənildiyi xalqs bəllidir.

H. Abutalıbov vəzifədən azad olunduqdan, Eldar Əzizov Bakı ŞİH-nin başçısı vəzifəsinə təyin olunandan sonra xalq sevindi ki, Bakı şəhəri yeni inkişaf dövrünə qədəm qoyacaq. Amma bu təyinatdan bir il sonra bakılılar yanıldıqlarını başa düşdülər. E. Əzizovun əməllərinin sələfindən fərqlənmədiyinin şahidi oldular.

Bakının bütün rayonlarında qanunsuzluq hallarının miqyası azalmadl, əksinə çoxaldı, ölkə prezidenti rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə elan etdiyi halda, Bakı şəhəri rayonlarının icra başçıları rüşvət və korrupsiyanın dabanını qaldırdılar. Bakı ŞİH-nin başçısı Eldar Əzizov xeyli susdu, gözlədi və o da "yığmağa" start verdi.

Bakının ən səfalı vı bahalı, lakin İbrahim Mehdiyev, Əziz Əzizov və hazırda icra başçısı kreslosunda əyləşən Elşad Həsənov tərəfindən darmadağın edilən Yasamal indi çox pis və çətin günlərini yaşayır. Yasamal rayonunun bütün küçələri yüksək vəzifəli məmurlar və onların yaxınları tərəfindən tam işğal olunub. Rayonda elə bir obyekt tapmaq mümkün deyil ki, həmin mülk və obyekt sıravi vətəndaşa məxsus olsun.

Bütün yaşayış binalarının birinci mərtəbəsi və padvallar məmurlara məxsus ticarət obyektlərinə çevrilib. Bu isə binalarda yaşayan əhalinin həyatı üçün hər an baş verə biləcək böyük təhlükə deməkdir.
Bakının bütün rayonlarında, o cümlədən Yasamaldakı yaşayış binalarının padvalında və birinci mərtəbəsində qanunsuz açılmış obyektlərin birində hər hansı qaz sızması, elektrik qısaqapanma hadisəsi nəticəsində baş verən bədbəxt hadisə binada yaşayan xeyli insanın həyatı üçün böyük təhlükə mənbəyidir.

Binaların təhlükəsizlik məsələsi tam unudulub, bu işə cavabdeh olan Fövqaladə Hallar Nazirliyi isə öz vəzifəsini yerinə yetirmir, rüşvət payını alıb, insanların taleyini Allahın ümidinə buraxıb. Ölkə prezidentinin bu istiqamətdə verdiyi rəsmi sənədlərin tələblərinə zərrəcə riayət olunmur.

Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənovun aparat işçiləri isə vaxtaşırı olaraq rayon ərazisində fəaliyyət göstərən ticarət obyektlərindən "hesab" yığmaqla, yaşıllıqları məhv edib yerində obyekt tikməklə məşğul olanlardan rüşvət toplamaqla işlərini bitmiş hesab edirlər.
Yasamal sakinləri Bakı ŞİH-ə və Yasamal RİH-ə dəfələrlə şikayət ərizəsilə müraciət edib məmurların hər yeri: - parkları, yaşıllıq və xiyabanları məhv edərək, yerində müxtəlif obyektlər tikmələrinin qarşısını almağı xahiş etsələr də, onların şikayətinə baxan yoxdur...

Murtuza

P. S. Qarşı tərəfin mövqeyini dərc etmə haqqını tanıyırıq

0.12266397476196