Qazi İcra Hakimiyyəti qarşısında özünü yandırıb
Goranboy İcra Hakimiyyətinin qarşısında Qazi özünü yandırdı
Goranboy rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıran 2-ci Qarabağ Müharibəsinin Qazisi Sərdar Həsənovun vəziyyəti ağırdır.
Əldə etdiyimiz digər məlumata görə, Qazinin vəziyyəti ağırdır.
Məsələ ilə bağlı Goranboy rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…
Hadisə bu gün günorta saatlarında qeydə alınıb.
Məlumata görə, sosial məişət durumu acınacaqlı durumda olan 2-ci Vətən Müharibəsinin iştirakçısı Qarabağ Qazisi Sərdar Rüstəm oğlu Həsənov yardım üçün Goranboy rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciətinə İcra Hakimiyyətindən müsbət cavab ala bilməyən Qazi İcra Hakimiyyətinin qarşısında özünü yandırıb. Sərdar Həsənov yaxınlıqda olan vətəndaşların köməkliyi ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Əldə etdiyimiz digər məlumata görə, Qazinin vəziyyəti ağırdır.
Məsələ ilə bağlı Goranboy rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…
Paralel.az