Ermənilər 44 günlük müharibənin günahkarların axtarır

Ermənilər 44 günlük müharibənin günahkarların axtarır
 

Paralel.az xəbər verir ki, Ermənistan parlamenti 44 günlük müharibənin real şəraitini aydınlaşdırmaq üçün komissiya yaratmaq qərarına gəlib. Müxalifət və iqtidar bu komissiyanın formatını müzakirə edib. Ola bilər ki, parlament müxalifəti komissiyanın işində iştirak etməsin.

Ermənistan parlamentində 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiya yaradılıb. Bu barədə “Mülki müqavilə” partiyasından olan deputat Arusyak Culkakyan bildirib.

“Mülki Müqavilə” fraksiyasının deputatlarının təşəbbüsü ilə parlamentdə 44 günlük müharibənin şəraitini araşdırmaq üçün istintaq komissiyası yaradılıb”,- bu barədə o, Facebook hesabında yazıb.

2021-ci il iyulun 26-da Ermənistan parlamentinin spikeri Alen Simonyan Xankəndidə 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiya yaradılması qərarını açıqlayıb. Onun sözlərinə görə, komissiyanın tərkibinə parlament və parlamentdənkənar qüvvələrin nümayəndələri, məhbus və itkin düşmüş hərbçilərin yaxınları, ekspertlər daxil edilməlidir.

Öz növbəsində baş nazir Nikol Paşinyan bu komissiyaya üç parlamentdənkənar qüvvənin nümayəndələrinin, əsir və itkin düşmüş hərbçilərin qohumlarının, eləcə də ekspertlərin daxil edilməsinə imkan verəcək qanunvericiliyə dəyişikliklər etmək niyyətində olduğunu açıqlayıb.

Parlament müxalifəti bu formatda ¼+1 səs uduzsa, 44 günlük müharibəni araşdıran komissiyanın işində iştirak etməyəcəyini artıq bəyan edib. Müxalifət deputatlarının fikrincə, əks halda komissiya obyektiv fəaliyyət göstərməyəcək.
Akif Nəsirli

0.021477937698364