Erməni təxribatının ifrat həddi
Ermənilər hələ sovetlər dönəmində yalan məlumatlarla informasiya savaşına qoşulub və müəyyən mənada bunun bəhrəsini görüb. Lakin müasir mərhələdə bütün ölkələrdə, o cümlədən də Azərbaycanda informasiya cəmiyyəti inkişaf etdiyindən ermənilərin köhnə üsullarla informasiya savaşı aparması səmərə vermir. Əvvəllər yalan informasiyaları ifşa etmək olduqca çətin olsa da, indi bu iş çox asandır. Amma buna baxmayaraq ermənilər hələ də öz mərkəzindən əl çəkmir.
Beləki, erməni qəzeti olan "Yraparak" bildirmişdi ki, Azərbaycanın diversiya qrupu Zod (Söyüdlü) qızıl mədəninin Ermənistanın nəzarəti altında olan hissəsinə girib.
Lakin Ermənistan Müdafiə Nazirliyi özü Azərbaycan Silahlı Qüvvələrinin Zod qızıl mədəninin ermənilərin nəzarətində olan hissəsinə girdikləri barədə xəbəri təkzib edib.
Görün, erməni nəşrləri necə ifrat yalanlar uydurursa, hətta, onların yalanlarını öz dövlət orqanları bele ifşa edir.
Akif Nəsirli
Paralel.az