Əlləri olmadan döyüşən, qəhrəman adı alan general

Əlləri olmadan döyüşən, qəhrəman adı alan general
 

Petrovun Stalinə məktubu

 O, dünyada yeganə hərbçidir ki, iki əli olmadan nizami orduda xidmət edib, sovet-alman müharibəsi illərində iki dəfə Sovet ittifaqı Qəhrəmanı adı ilə təltif olunub, general-polkovnik rütbəsinə qədər yüksəlib...

Vasili Petrov 1922-ci ildə Ukraynada, Zaporojye vilayətinin Dmitrovka kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra onu 1939-cu ildə hərbi xidmətə çağırıblar. Hərbi toplanış məntəqəsində Petrov Sumadakı artilleriya məktəbinə göndərilib 1941-ci ilin iyun ayının əvvəllərində, müharibəyə bir neçə gün qalmış leytenent rütbəsi alaraq zabit kimi xidmətə başlayıb.

Müharibə başlananda Petrov Ukrayna cəbhəsində döyüşüb, batereya komandirinin müavini vəzifəsində hərbi əməliyytalarda iştirak edib. Cəmi üç aydan sonra xidmətdə fərqləndiyinə görə ona vaxtından əvvəl baş leytenant rütbəsi verilib.

Petrovun qeyri-adi hərbi talantı komandanlığın diqqətindən yayınmayıb, gənc zabit olmasına baxmayaraq o, ən mürəkkəb hərbi əməliyyatlarda, ən çətin situasiyalarda dəqiq qərarlar qəbul edərək vəziyyətdən çıxış yolu tapıb, uğurlu göstəricilərə nail olub.

Hərb olduqca cətin mürəkkəb bir elmdir, xüsusilə müharibə şəraitində hərbi əməliyyatlar bu elmə əsaslanmasa, hətta güclü tərəf olduğun təqdirdə belə məğlubiyyətə məhkumsandeyən Petrov tutduğu bütün hərbi vəzifələrdə xidmətini hərb elminin əsasları üzərində qurub.

23 sentyabr 1943- ildə, Ukrayna cəbhəsində ağır döyüşlərin getdiyi vaxtda Petrov yaralanan alay komandirini əvəz edib. Vəzyyətin olduqca ağır olduğu bir məqamda Dneprin sağ sahillərinə silah sursat keçirmək problemə çevrilib. Alman qoşunları bütün güc qüvvələri ilə sağ sahilə silah keçirilməsinə imkan verməyiblər. Bu çətin missiyanı Petrov öz üzərinə götürüb, qərargahda əməliyyat planı hazırlayıb, tərəflərin güc nisbətlərini hesablayıb, kəşfiyyat qrupunun məlumatlarını dəfələrlə götür-qoy edib, hansı istiqamətdən almanların diqqətini yayındıracağını müəyyənləşdirib. Beləliklə, əməliyyat tam hazır olub.

1 oktyabr 1943- ildə iki gün davam edən əməliyyatda Petrov sağ sol sahillər arasında əlaqə yarada bilib, sağ sahilə ərzaq, yanacaq, texnika, silah-sursat keçirmək mümkün olub. Bu əməliyyat zamanı düşmənin xeyli canlı qüvvəsi texnikası məhv edilib. Əməliyyatın ikinci günün Petrov da daxil olmaqla 28 nəfər düşmən mühasirəsinə düşəndə o, açıq döyüşə atılaraq mühasirəni yarıb arxa cinahda olan partizan dəstəsinin mühasirəyə düşməsinə imkan verməyib.

Bu döyüşdə Petrov ağır yaralanıb. İki gün ərzində onu tapmaq mümkün olmayıb. Həhayət, komandanlığın göstərişi ilə onu morqda axtarıblar. Hamı Petrovun döyüşdə həlak olduğunu düşünüb. Ancaq az sonra onun partizanlar tərəfindən meyitlərin arasından çıxarılıb səhra hospitalına aparıldığı məlum olub. Petrov bu döyüşdə hər iki əlini itirib. Bu uğurlu əməliyyata görə o, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunub.

Petrovun müalicəsi bir il davam edib. Hər iki əlini itirən zabit müalicədən sonra yenidən ordu sıralarına qayıtmaq istəyib. Amma ona bu istəyinin mümkün olmadığını bildiriblər. Petrova Moskva rayonlarının birinə katib vəzifəsi təklif olunub. İnadkar zabit bu təklifdən imtina edib Stalinə məktub yazıb. Məktubda aşağıdakılar da öz əksini tapıb: “Hərbi əməliyyatların keçirilməsi üçün güclü əllə yanaşı, güclü baş da lazımdır. Mən vətənim üçün orduda daha çox lazımam...”

Stalin məktubu oxuduqdan sonra qərar verib. Onun qərarına əsasən Petrov ömürlük silahlı qüvvələrin şəxsi heyətində saxlanılıb.

Petrov sonrakı xidmətini döyüş zonalarında davam etdirib, artilleriya alayının komandir müavini kimi onun döyüş yolları Almaniyaya qədər uzanıb. Komandirliyi sayəsində Petrov növbəti uğurlu hərbi əməliyyatlara imza atıb. Müharibənin son günlərində, aprelin 27- o, ayağından yaralanıb. Hospitala düşməməyi üçün Petrov bu zədəni gizlədib, döyüş yoldaşlarının köməyi sayəsində onun yarasını döyüş meydanlarında sağaldıblar.

1945-ci ildə alman faşizminə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Petrov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Müharibədən sonrakı illərdə Petrov general-mayor rütbəsində Ukraynada briqada komandiri vəzifəsində xidmətini davam etdirib. Eyni zamanda qiyabi yolla Lvov Dövlət Universitetini bitirib, dissertasiya müdafiə edərək hərb elmləri namizədi elmi dərəcəsini alıb. 1977-ci ildə ona artilleriya general-leytenantı rütbəsi verilib.

SSRİ-nin süqutundan sonra da Petrov ordu sıralarını tərk etməyib. O, Ukrayna silahlı qüvvələrində artilleriya raket qoşunları komandanının müavini vəzifəsində xidmət edib. 1999-cu ildə ona general-polkovnik rütbəsi verilib.

Vasili Petrov 2003- ildə, 81 yaşında vəfat edib. O, Kiyevdə Baykovo memorial qəbirstanlığında dəfn olunub.

 İlham Cəmiloğlu

Paralel.az

0.016865015029907