Parkinson xəstəliyini müalicə edən Azərbaycanlı həkim danışdı-VİDEO

Parkinson xəstəliyini müalicə edən Azərbaycanlı həkim danışdı-VİDEO
 

Parkinson xəstəliyini müalicə edən Azərbaycanlı həkim danışdı – TİBB ELMİNDƏ İNQİLAB


Tibb elminin müalicə olunmayan xəstəliklər siyahısına saldığı parkinson xəstəliyinin müalicəsi Azərbaycanda mümkün olub. Tibb elmində inqilabi yenilik olan bu hadisə barədə açıqlama almaq üçün əməkdaşımız parkinson xəstəliyini özünəməxsus qeyri-adi üsulla müalicə edən Azərbaycanlı həkim və Elmi-lədun bilicisi Paşa Yaqubdan və onun sağaltdığı xəstə - Ağdam rayon Şıxlar kənd sakini Oruc Quliyevdən müsahibə alıb. Həmin müsahibələri təqdim edirik.

- Paşa doktor, zəhmət olmasa parkinson xəstəliyi barədə bir qədər məlumat verərdiniz.
- Parkinson xəstəliyi bu gün bütün dünyada ən təhlükəli xəstəliklərdən biri sayılır. Bu xəstəlik hərəkət pozğunluqları qrupuna daxildir. Parkinson xəstəliyi ilkin olaraq titrəyən iflic adlandırılıb, sonradan onu kəşf edən alimin vəfatından sonra Parkinson olaraq tanınıb.
Parkinsonun dəqiq səbəbi tibb elminə məlum olmasa da, yaranmasında bir neçə faktorun rolu qeyd olunur: beyində dopamin sintez olunan bölgədə mikro infarktlar baş verir və nəticədə o bölgə nekroza uğrayır, hüceyrələr ölür, bu zaman xəstəlik baş qaldırır.
Bu gün dünyada milyonlarla insan parkinson xəstəliyindən əziyyət çəkir.
65 yaşdan yuxarı olan insanlarda parkinsona daha çox rast gəlinir. Hətta çox gənc insanlarda da bu xəstəliyinin yaranması mümkündür. 21 yaşdan aşağı da bu xəstəlik üzə çıxa bilər.
Atada, anada bu problem varsa, övladlarda da ortaya çıxma riski yüksəkdir.
Xəstəliyin əlamətləri: ilkin olaraq yorğunluq, halsızlıq, mədə-bağırsaq, qəbizlik, yuxu problemləri ortaya çıxır. Ən qabarıq qeydə alınan problemlərisə, hərəkət pozğunluqlardır: Hərəkət etməyən zaman titrəmə, əldə ayaqda, ən çox əlin baş barmağında durdurula bilməyən tirəmə olur. Diqqət dağınıq olan zaman titrəmə daha da artır. Amma titrəmə halı hamıda olmaya bilər. İkinci əsas kriteriya hərəkətlərin azalmasıdır. Üz ifadələri donur, üzdə ifadə olmur, insanın güldüyü, ağladığı bilinmir.
Bundan başqa, parkinson xəstələrində əzələ sərtliyi də yaranır. Bu vaxt ağrı faktoru da ortaya çıxır. Daha çox əl, qol, ayaqlarda əzələlər sərtləşir. Əzələlər o qədər sərt olur ki, onun açılması mümkün olmur və ciddi ağrı yaranır. Xəstələr bundan çox əziyyət çəkirlər. Bundan başqa, ən mühüm əlamətlərdən biri müvazinətin itməsidir
Parkinson xəstələrinin demək olar ki, hamısında xəstəliyin gedişatında psixoloji problemlər də ortaya çıxır: bəzən şizofreniya əlamətlərinə bənzər əlamətlər, hallüsinasiyalar yaranır, xəstələr doğmalarını belə düşmən kimi görür, böyük qorxuları, şübhələri olur. Bunlar ciddi psixiatrik problemlərdir.
Parkinson xəstələri beş il dərman müalicəsinə nisbətən tabe olurlar. Beş ildən sonra isə, dərmanların effekti azalmağa başlayır, eyni zamanda dərmanların fəsadları ortaya çıxır.
Ümumiyyətlə, tibb elmində parksinson xəstəsinin tam olaraq sağalması deyilən bir anlayış yoxdur. Belə xəstələr mütləq ömür boyu nevroloqun nəzarəti altında olmalıdırlar.

- Doktor, necə oldu ki, indiyədək müalicəsi tapılmayan bu xəstəliyi Siz müalicə edə bildiniz?
- Həkim və Elmi-lədun bilicisi olaraq, bizim parkinson xəstəliyinə baxışımız və müalicəmiz tibb elmindən fərqlidir. Belə ki, elmi-lədun bilgilərimiz göstərir ki, bu xəstəlik neqativ enerjinin təsirindən yaranır. Bu səbəbdən xəstəlik əslində tibb elmi ilə deyil, fizikanın qanunları ilə müalicə olunmalıdır.
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, neqativ enerji kompyuterə düşən virusa bənzəyir. Bu enerji orqanizmə düşdükdə ilk növbədə beynin kapilliyar damarlarında sıxılma, daha sonra isə, quruma gedir. Nəticədə, beyində dopomin ifraz edən bölgənin fəaliyyəti pozulur. Beləliklə, parkinson xəstəliyi meydana çıxır.
Yuxarıda qeyd etdik ki, parkinson xəstələrində qorxu, həyəcan və doğmalarına qarşı aqressiya müşahidə edilir.
Bu kimi halların səbəbini yenə də neqativ enerjidə axtarmaq lazımdır. Bayaq, bu enerjini kompyuter virusu ilə təsadüfən müqaisə etmədim.

Virus kompyuterdən müəyyən faylları sildiyi kimi, neqativ enerji də ruhumuzda olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hisslərini silir; əvəzində nifrət faylı yazır. Bunun nəticəsi olaraq, parkinson xəstəliyi olan insanda bütün yaxınlarına və doğmalarına qarşı nifrət hissi yaranır və onlara qarşı aqressiv, əsəbi davranır.
 Bizim müalicə metodumuz Elementlərin Dövrü Sistemində sıfır qrupunda, sıfır xanasında mövcud olmuş Nyutoniyum (Efir) elementinin sirlərinə söykənir. Hansı ki, Mendeleyevin ölümündən (1907) sonra bu element və onun mövcud olduğu sıfır qrupu cədvəldən çıxarıldı. Bu səbəbdən də müasir insanlar həmin element haqda kifayət qədər bilgiyə malik deyillər.




 Yeri gəlmişkən, qeyd edək ki, böyük Alim Nikola Tesla Nyutoniyum elementinin sirlərini mexanika sahəsinə tətbiq etməklə daimi işləyən mühərriklərin kəşfi, enerjinin naqilsiz ötürülməsi kimi, bir çox böyük kəşflərə imza atmışdır.
Müasir dövrümüzdə İlahinin bəxş etdiyi elmlə (Elmi-lədunla) xeyli araşdırmalar apardıqdan sonra Nyutoniyum elementinin sirlərinə biz də vaqif olduq və bunu tibb elminə tətbiq etdik. Beləliklə də tibb elmində sağalan və sağalmaz hesab edilən bir çox xəstəlikləri bu sirlərlə uğurla müalicə edərək, böyük naiiyyətlərə imza atdıq.

- Bu elementin sirlərini bilməklə daha hansı xəstəlikləri müalicə edirsiniz?
- Bizim tətbiq etdiyimiz müalicə metoduyla övlad həsrətində olan bir çox ailələr övlad sahibi olmuş, yetkinlik yaşına qədər danışmayan uşaqların dili açılmış, xərçəng və s sağalmaz xəstəliklərdən əziyyət çəkənlər sağlamlığına qovuşmuşlar. İndiyədək sağaltdığımız xəstəliklər bunlardır:
- Bütün növ qorxular, fobyalar;
- Həzm sistemi xəstəlikləri;
- Zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq;
- Uroloji xəstəliklər (böyrəkdəki bütün problemlər, enuroz, sistit, gecələr tez-tez sidiyə çıxma və s.);
- Autizm;
- Epilepsiya;
- Skalyoz , yırtıq, osteoxondroz, kipoz, protuziya və s. onurğa xəstəlikləri;
- Təhsildə və işdə uğursuzluqlar;
- Bütün növ depressiyalar;
- Cinsi disfunksiyalar (zəiflik, həvəssizlik və s);
- Hormon pozuntuları (oğlanın özünü qız, qızın oğlan kimi hiss etməsi və s);
- Həyəcan pozuntuları (panik atak);
- Sayrışan hallar nevrozu;
- Sinir ağrıları və s sinir sistemi xəstəlikləri;
- Bütün növ nevrozlar və əsəb xəstəlikləri;
- Yuxusuzluq;
- Parkinson xəstəliyi;
- Şizofreniya;
- Miqren;
- Qalxanvari vəzin xəstəlikləri;
- Göz xəstəlikləri;
- Miasteniya (əzələ zəifliyi);
- Sevgisizlik, inamsızlıq;
- Dəmirov, qızıl yel və s. dəri xəstəlikləri, allergik yaralar...;
- Bütün növ ağrılardan və neqativ enerjilərdən xilas olmaq;
- Yorğunluq, halsızlıq;
- Sonsuzluq;
- Xərçəng;
- Koronavirusa yoluxma (online sağaldırıq);
- Koronavirusdan geriyə qalan əlamətlər - əsəb, ürək sıxılması, darıxma, yuxusuzluq, əzələ ağrıları və s.
- Analıq orqanlarının xəstəlikləri - endometroz, kistalar, fibro-miomalar, folikulların partlamaması, uşaqlığın sallanması və s;
- Osteoparez;
- Damarların tromplaşması və s ürək-damar xəstəlikləri;
- Zöhrəvi xəstəliklər (siflis, SPİD və s)
- Bakteroloji xəstəliklər (qızılı stefilokok, fekal streptokok)
və s.

Parkinson xəstəliyindən əziyyət çəkən və Paşa doktorun müalicəsi ilə sağlamlığına qovuşan Oruc Quliyevin videomüsahibəsini təqdim edirik:



Şahnaz Salehqızı
Paralel.az

0.014111995697021