Yaşar Aydəmirov: “Sülhməramlılara şərt qoyulmalıdır ki, bir də belə şey olsa, o post darmadağın ediləcək”

Yaşar Aydəmirov: “Sülhməramlılara şərt qoyulmalıdır ki, bir də belə şey olsa, o post darmadağın ediləcək”
 

Ötən gün Rusiya Sülhməramlı kontingentinin nəzaərtində olan Tərtər rayonunun Ağdərə istiqamətindəki ərazilərdən mövqelərimiz qondarma rejimin terrorçuları tərəfindən atəşə tutulub.

Təssüflər olsun ki, Azərbaycana sülh prosesi adıyla gəlmiş həmin “sülh göyərçini” olan kontingent bu hadisəyə adekvat hər hansı bir münasibət bildirməyib. Onu da qeyd edək ki, bundan bir neçə gün öncə Caliber.az-ın yaydığı görüntülərdə ermənilərin Rusiya hərbi kontingentinin müşayiəti altında yeni postlar quraraq səngərlər qazdığı öz əksini tapıb.

Məsələ ilə bağlı danışan ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirov məsələni belə şərh edib:

“Birincisi, Ermənistan orudusunun həmin bölgədə olan qalıq hissəsində nizam-intizam yoxdur. Ona görə, içirlər və heç bir perspektiv də görmürlər özlərində. Bunlar nə vaxt tərxis olacaq və nə vaxt Ermənistana qaytarılacaq, bilinmir. Eləcə də, onların təminat məsələlərində də problem var.

İkincisi də, belə atışma olanda sülhməramlılar qarşısında konkret tapşırıq qoymaq lazımdır ki, bir də belə şey olsa, o post darmadağın olunacaq.

Üçüncüsü də ki, Qapanlı kəndi keçmiş DQMV ərazisinə düşür və hələ də orada ermənilər az sayda olsalar belə qalıblar. Kommunikasiyalar açılandan sonra hamısı oranı tərk edəcək və Ali Baş Komandanımız qeyd edib ki, müəyyən sayda ermənilərə yaşamağa icazə veriləcək. Əgər nizam-intizamın cəlb olunması və sülhməramlıların bir az daha ciddi yanaşması olsa, belə hallar baş verməz”.

Separatçıların qanunsuz hərbi postlar qurması barədə yayılan görüntlərə isə general belə münasibət bildirib: “Onlar hər bir yerə post qurublar. Ermənilər qorxurlar, çünki Ağdərədə az erməni yaşayır və ona görə edirlər bunu. Onlarla bir az kəskin formada danışmaq lazımdır. Siyasi tərəfdə müəyyən şeylər tələb olunur ki, bunlar həll olunsun. Kommunikasiyalar açılandan sonra çox şey öz həllini tapacaq”.

Rafi Müslümov

Paralel.az

0.026757955551147