Yəhudilər İngiltərəyə necə gəliblər?

Yəhudilər İngiltərəyə necə gəliblər?
 

İlk dəfə yəhudilərin, 1066-cı ildə Normanların İngiltərəyə hücumundan sonra La Manş boğazını keçdiyi güman edilir — Fateh Vilyam inanırdı ki, onların maliyyə istedadları onun krallığının iqtisadi inkişafına fayda verəcək. O zaman onlar katoliklər üçün günah sayılan bank işi ilə məşğul idilər.


1270-ci illərin ortalarında Kral Edvard öz varisi Uels şahzadəsi ilə döyüşdü və hərbi kampaniyanı maliyyələşdirmək üçün yəhudilərin vergisini bir neçə dəfə artırdı və onların hər birinə paltarlarına xüsusi sarı nişanlar taxmağı əmr etdi. Onlar ödəyə bilməyəndə monarx öz fərmanı ilə sələmçiliyi qadağan etdi və bundan sonra Sion övladlarını qitəyə doğru qovmaq qərarına gəldi.


Əksəriyyət adanı tərk etdi, bəziləri nümayişkaranə şəkildə xristianlığı qəbul etdi, digərləri isə 1707-ci ilə qədər ayrı bir dövlət olan Şotlandiyaya köçdü. Bu vəziyyət üç əsr yarım davam etdi. Lakin İngilis İnqilabından sonra Lord Protektor Kromvel nüfuzlu Sefarid ravvin Menassiya ben İsraillə görüşdü və ravvin onu öz xalqının adada məskunlaşmasına icazə verməyə inandırdı.

O vaxtdan bəri sefaridlər (İspaniyadan qovulmuş yəhudilər) Britaniyada sərbəst yaşayırlar. Və bir müddət sonra onlara Aşkenazilər əlavə edildilər (yəhudi xalqının əslən alman torpaqlarından olan hissəsi). Lakin onlar tam Britaniya vətəndaşlığını almadılar və onlara əmlak almağa icazə verilmədi. Bu qadağa, yalnız 19-cu əsrdə ingilis katoliklərinin hüquqlarının bərabərləşdirilməsi ilə eyni vaxtda qaldırıldı. 1858-ci ildə ilk yəhudi İcmalar Palatasının üzvü oldu və on il sonra yəhudi olaraq doğuldu, lakin uşaq ikən vəftiz olunan Benjamin Disraeli Böyük Britaniyanın Baş naziri oldu.


O zaman Rusiyada yəhudilərə qarşı təqiblər başladı və onların bir çoxu Sion uşaqlarının mövqeyinin Avropada ən yaxşı olduğu Dumanlı Albiona köçməyə başladı. 1880-ci illərdən başlayaraq buraya çoxlu yəhudi gəldi və nəticədə onların sayı ilkin 60.000-dən 350.000-ə yüksəldi. Nasist Almaniyasında zülm başladıqdan sonra ən azı 70 min daha çox insan buraya köçdülər — qalanları davam edən Böyük Depressiya səbəbindən sadəcə olaraq ölkəyə buraxılmadı. Nəticədə Britaniya yəhudilərinin 90%-i indi Aşkenazilərdir.
İkinci Dünya Müharibəsindən əvvəl ingilis cəmiyyətinin qitədən köçü rədd etməsi burada faşist hərəkatlarının yayılmasına, küçələrdə toqquşmalara səbəb oldu. 1936-cı ildə bu iş barrikadalara səbəb oldu, lakin vəziyyət nəzarətə alındı. Və yalnız qərbdən müttəfiqlərin və şərqdən Qırmızı Ordunun Üçüncü Reyxə hücumu zamanı, İngiltərədəki Avropadakı işlərdən xəbər tutanda antisemitizm dövlət səviyyəsində müzakirə olunmağa başladı və adi insanlar arasında qəbuledilməz oldu.

Bu gün Britaniya yəhudiləri kifayət qədər firavan yaşayırlar və onların sayı təxminən 300 min nəfər olan Fransadan sonra Köhnə Dünyada ən böyük icmaya sahibdirlər. Fransız yəhudiləri artan ərəb icması tərəfindən təhlükə hiss etdikləri üçün qitədən köçürülmə davam edir. Anglo-yəhudilərin çoxu, burada deyildiyi kimi, olduqca dindardırlar və ingilislərin özlərindən də daha çox dindardırlar. Buna görə də onların doğum nisbəti daha yüksəkdir və onların sayları durmadan artır. Öz mədəniyyətlərini unutmamaq üçün burada ingilis yəhudilərinin yarıdan çoxunun iştirak etdiyi xüsusi bazar günü məktəbləri açılıb.


Bir çox məşhur britaniyalıların, futbolçu Devid Bekhem və keçmiş xarici işlər naziri Devid Milibend kimi bu və ya digər dərəcədə yəhudi kökləri var. Amma müğənni Emi Uaynhaus, Borat Saqdiyev rolu ilə tanınan komediya aktyoru Sacha Baron Koen, aktrisa Helena Bonham Karter kimi insanlar yəhudilərdir və öz milli kimliklərini qoruyub saxlayırlar.

Tərcümə: Elnur Səlim

Paralel.az

0.074184894561768