Mühafizəçi özünü meşədə asıb

Mühafizəçi özünü meşədə asıb
 

Şəkidə meşə mühafizəçisi özünü asaraq intihar edib.

"Paralel.az"-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Kiş kəndində meşəlik ərazidə baş verib.

1968-ci il təvəllüdlü kənd sakini Tahir Cumayevin meyiti ağacdan asılı vəziyyətdə aşkar edilib. Onun hansı  səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Paralel.az

 

0.025407791137695