Azyaşlıya şprislə işgəncə verən dayə ilə bağlı DİN-dən açıqlama - VİDEO

Azyaşlıya şprislə işgəncə verən dayə ilə bağlı DİN-dən açıqlama - VİDEO
 

Sosial şəbəkələrdə dayənin azyaşlıya şpris batırmasını əks etdirən görüntülər yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov  bildirib ki, azyaşlının valideynləri polisə müraciət ediblər.

“Hadisə ilə bağlı azyaşlıların valideynləri ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.

Ərizə əsasında həmin dayə Polis Şöbəsinə dəvət olunub və onun izahatı alınıb. Hadisə ilə bağlı müvafiq təhqiqat araşdırmaları aparılandan sonra dayənin etdiyi əmələ hüquqi qiymət veriləcək”, - A.Qafarov qeyd edib.

Paralel.az

Qeyd edək ki, dayənin üçyaşlı uşağa şprislə işgəncə verməsini əks etdirən görüntülər evdə quraşdırılan müşahidə kamerasına düşüb. 

 

 

0.02319598197937