Avtobus sürücüsü döyüldü

Avtobus sürücüsü döyüldü
 

Nizami rayonu, Qara Qarayev prospektində (Qara Qarayev metrostansiyasının yaxınlığında) baş vermiş hadisə avtobusdakı təhlükəsizlik kamerasına düşüb.

Paralel.az xəbər verir ki, hadisə 113 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun son dayanacağında baş verib. Sürücü Mehran Gülməmmədovun sözlərinə görə, onu döyən şəxs sərnişin yox, yoldan keçən piyada olub.

Xəstəxanaya aparılan sürücü burnundan əməliyyat olunub, hazırda onun ev şəraitində müalicəsi davam edir. Sərnişin avtobusunun aid olduğu daşıyıcı şirkətdən isə bildirilib ki, fakt hazırda polis tərəfindən araşdırılır.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Akif Nəsirli

0.025264978408813