Əcnəbilər gənc qıza hücum etdi

Əcnəbilər gənc qıza hücum etdi
 

Paralel.az xəbər verir ki, Bakıda gənc qız əcnəbilərin hucumuna məruz qalıb.

Paytaxtın Nizami küçəsindəki evlərin birində 1998-ci il təvəllüdlü Əliyeva Leyla Nizami qızı ərəblərin (2 nəfər) hücumuna məruz qalıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin kəsilmiş yarası diaqnozu qoyulub.

Hadisə ərəblərin yaşadığı evə qonaq gedərkən baş verib. Tərəflər arasında yaranan mübahisə zamanı ərəblər L.Əliyevaya şüşə qırıntıları ilə xəsarət yetiriblər.
Akif Nəsirli

0.052911996841431