ÜST COVID-19-dan qorunmaq üçün əlcəklərdən istifadə ilə bağlı tövsiyələr verdi

ÜST COVID-19-dan qorunmaq üçün əlcəklərdən istifadə ilə bağlı tövsiyələr verdi
 

Paralel.az xəbər verir ki, ÜST COVID-19-dan qorunmaq üçün birdəfəlik əlcəklərdən geniş istifadəni tövsiyə etmir, bir şəxs yalnız bədən mayeləri ilə birbaşa təmasda olduqda əlcəkdən istifadə edilməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Maggie Montgomery bu barədə belə deyib: "Əlcəklərin istifadə oluna biləcəyi xüsusi şərtlər var. Ancaq bədən mayelərinə məruz qalmadığınız və ya digər yüksək riskli vəziyyətlərdə olmasanız, əlcəklərdən istifadə tövsiyə edilmir. Məsələn, adi peyvənd zamanı ÜST əlcəkdən istifadəni tövsiyə etmir”, - deyə o bildirib.

Xüsusi vəziyyətlər istisna olmaqla, ÜST COVID-19 ilə mübarizədə sadəcə əllərinizi daha tez-tez yumağı və ya digər əl dezinfeksiyasından istifadə etməyə ehtiyac duymamaq üçün əlcəkdən istifadəni tövsiyə edir.
Akif Nəsirli

0.12745809555054