Xaçmazda anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xaçmazda anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
 

 

Paralel.az” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, yanvarın 13-də Xaçmaz rayonunun Əzizli kəndində  Səmən Sultanova qətlə yetirilib və aparılan araşdırmalar zamanı hadisəni onun oğlu, ruhi xəstə Ramiz Sultanov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranıb. Lakin R.Sultanov hadisəni törətdikdən sonra oradan qaçaraq gizlənib.

Yanvarın 29-da  Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən R.Sultanov avtomobildə hərəkətdə olan zaman  nəzarət yoxlama qaydasında  saxlanılıb və RPŞ-yə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Sultanovun anasını baltalayaraq qətlə yetirdiyi bildirilirdi.

0.018885850906372