Bakıda oğurluq hadisəsi qeydə alınıb
Paralel.az xəbər verir ki, Nərimanov rayonunda yerləşən obyektlərdən birindən oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, zərərçəkən polisə müraciət edərək yanvarın 24-də naməlum şəxslərin obyektə daxil olduğunu və xəzinədarın otağından içərisində 63 min manat olan seyfin oğurlandığını qeyd edilib.
Şübhəli şəxslər isti izlərlə yaxalanıb.
Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluq təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Akif Nəsirli