Qadın ərini ölüməkdə şübhəli bilindi

Qadın ərini ölüməkdə şübhəli bilindi
 

Bu barədə Paralel.az-a Suraxanı rayon prokurorluğunun məlumat daxil olun.

Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Suraxanı rayon prokurorluğuna verilən sorğuya cavab olaraq, bildirilib ki, Hövsan qəsəbəsində Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb.

Hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Hadızadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.

G.Hadızadə şübhəli şəxs qismində saxlanılıb.
Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.
Akif Nəsirli

0.063578844070435