Bu suallar bəs edər yoxsa davamını istəyirsiniz?

Bu suallar bəs edər yoxsa davamını istəyirsiniz?
 

Paralel.az Ərəstun Oruclunun Baş prokuror Kamran Əliyevə ünvanladığı  sualları təqdim edir.

1. Kamran Əliyev, sizin apardığınız "istintaq" budur?

2. Kamran Əliyev, cinayəti ifşa edənlərin üzərinə getmək üçün ortaya hansısa siyasi məqsədlər söhbəti atırdınız?

3. Kamran Əliyev, sizə istintaqı bu cür aparmaq İlham Əliyev tərəfindən tapşırılıb yoxsa öz təşəbbüsünüzdür?

4. Kamran Əliyev, Xanlar Vəliyev niyə indiyədək sizin müavininiz vəzifəsində qalmaqdadır?

5. Kamran Əliyev, Azərbaycanda son illərin ən çirkin və saxta işlərinin aparmış Qasım Məmmədovu bu işə cəlb etməkdə məqsədiniz bu idi?

6. Kamran Əliyev, Eldar Həsənov sizcə indi haradadır?

7. Kamran Əliyev, özünüzü baş prokuror kimi təqdim edəndə utanmırsınız?

8. Kamran Əliyev, bu günədək Tərtər qətliamını tördənlərdən bircə nəfəri də sorğulaya bilməməyiniz qorxudandır yoxsa tapşırıq belə verilib?

9. Kamran Əliyev, Hərbi Dəniz Donanmasının doğranmış gəmilərilə bağlı açdığınız cinayət işini niyə və necə bağladınız?

10. Kamran Əliyev, Tərtər qətliamının açılmaması səbəbindən ölkədə siyasi təlatümlər baş verərsə bunun məsuliyyətini üzərinizə götürməyə hazırsınız?

Paralel.az

0.02150297164917