“Həyəcan təbili'' çalmağın vaxtıdır

“Həyəcan təbili'' çalmağın vaxtıdır
 


Son günlər televiziya kanallarında, sosial şəbəkələrdə təhsilin problemləri, müəllim nüfuzu, müəllim-şagird, müəllim-valideyn və s... haqqında müzakirələr gedir. Bütün bunları nəzərə alaraq, belə demək olar ki, təhsilin hazırkı durumu, onun problemləri, gələcəyi haqqında "həyəcan təbili'' çalmağın vaxtıdır və bəkə də gecikmişik! Etiraf etmək lazımdır ki, təlimin səmərəsi, keyfiyyəti ildən-ilə yüksəlmək əvəzinə, əksinə olaraq aşağı enir.
Ömürümün-günümüm 45 ilini gələcəyimiz olan gənc nəslin təlim-tərbiyəsinə həsr eləmiş, hazırda isə pensiyaya çıxmış bir müəllim olaraq, təhsilimizin bu günü, sabahı məni də düşündürür və narahat edir.
Təhsildə birinci növbədə mən deyərdim ki, kadr islahatı həlli vacib məsələlərdən biridir. İllərdir ki, qocaman ağac kimi kök ataraq yerini bərkitmiş, təhsilə yox, rüşvətə, pula önəm verən TŞ rəhbərləri və məktəb direktorlarından başlamaq lazımdır. Təcürbəli, savadlı, xalq arasında nüfuzu, hörməti olan yaxşı müəllimlər TŞ rəhbəri və məktəb direktorları olmalıdırlar. Təəssüflər olsun ki, son vaxtlarda da TŞ rəhbəri və məktəb direktoru kimi, heç bir göstəriciləri olmayanlar müəyyən yollarla irəli çəkilirlər. Ən acınacaqlısı isə odur ki, belə direktorlar havadarlarına arxalanaraq, məktəbdə özlərini bir ''ağa'' kimi aparırlar. Dövlət müəssisəsi olan məktəb, sanki bunların dədə-baba mülkiyyətidir və yaxud belə də demək olar ki, məktəbi özəlləşdiriblər. Son illərdə Bakı şəhərinin ayrı-ayrı məktəblərində geniş müzakirəyə səbəb olmuş xanım direktorları nümunə kimi göstərmək olar.
Ökədə rüşvətə, korrupsiyaya qurşanmış məmurlar kimi, belə direktorlar da təhsilə yox, pula, rüşvətə üstünlük verməklə, dəbdəbəli həyatlarını yaşayırlar. Məktəb onlar üçün təhsil, elm ocağı yox, elə bil bir yeyinti idarəsidir.
Son illər TŞ və məktəb direktorlarının səbirsizliklə gözlədiklərindən biri də, müəllimlərin son pensiya yaş həddinə çatması günüdür. Ağına-bozuna baxmadan həmin müəllimlərin əmri yazılır: " Yaxşı yol, siz, cəmiyyət üçün artıqsınız!" deyilərək, urvatsız yola salınırlar. Yeni gələnləri isə ədəb-ərkanla qarşılayırlar.
Təhsil sistemində mən saysız-hesabsız problemlərdən birinə, TŞ və məktəb direktorlarının rüşvətxorluğuna toxundum. Rüşvətxorluq olan yerdə isə şəffaflıq olmaz və neqatif hallar daha çox olar.
Başqa sahələrlə bərabər, təhsil sisteminin idarə olunmasına, yuxarıdan aşağıya yenidən baxılmalı, qanunlar işlənib hazırlanmalı və ciddi nəzarətə kötürülməlidir!
Zahid Cabbarov
Paralel.az

0.015886068344116