“Əsas hədəfimiz Zəngəzur dəhlizinin açılmasıdır”

“Əsas hədəfimiz Zəngəzur dəhlizinin açılmasıdır”
 

“Artıq bizim əsas, bir nömrəli hədəfimiz zəfərimiz adına elan olunmuş Şuşa ilində Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır”.

Paralel.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi sadəcə Azərbaycan və Türkiyə deyil, Rusiya və İran da daxil olmaqla, bölgə ölkələrinin iqtisadi inkişafı üçün çox vacibdir: “Bu, Azərbaycanın zəfərindən sonra bölgənin geopolitik və strateji əhəmiyyətini qat-qat artıran bir dəhlizdir. Ona görə, bu dəhlizin uğurlu bir şəkildə ən qısa zamanda açılmasını təmin etmək üçün vətəndaş cəmiyyətinin təşəbbüsünün böyük rolu var”.

A.Attar əlavə edib ki, bu münasibətlə mart-aprel aylarında Qarabağda türkiyəli, xarici və yerli jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü təşkil olunacaq.

Şahnaz, Paralel.az

0.018412828445435