Mənzildə 50 yaşlı kişi meyiti tapılıb

Mənzildə 50 yaşlı kişi meyiti tapılıb
 

Bakıda mənzildə 50 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Həsənov İlham Lətif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Səfurə, Paralel.az

0.018086910247803