Zahid Cabbarov yazır...

Zahid Cabbarov yazır...
 



Elan olundu ki, Qarabağa bir adam ildə bir dəfə gedə bilər. Nəyə görə belə sərt qərar? Başa düşmək olmur. Necə ola bilər ki, dünyanın istənilən ölkəsinə gedib-gəlməyə belə qadağa qoyulmur. Amma xalqın, əsasən də köçkünlərin otuz ildən artıqdır ki, həsrətlə gözlədiyi dədə-baba torpağını, öz doğma yurdlarını ziyarət eləməyə bir dəfədən artıq icazə verilməyə?
 Bir az əvvələr Milli Məclisin deputatları qəribə təkliflər səsləndirdilər. Biri Qarabağda kazinoların açılması , digəri isə tələbələrin yay tətilini işğaldan az olunmuş ərazilərdə tikinti işlərində işləmək təkliflərini irəli sürdülər.
Qarabağı turizm zonalarına çevirmək, əkin-biçin və s... təkliflərdən də dəm vurulur.
Eşitdiyimizə görə hazırda Şuşada bir gecəlik otelin qiyməti 250 man. və çayxanada isə bir çaynik çay 50 manatadır. Bünövrəsi belə qoyulursa, gələcəyi necə olacaq?
Bir sözlə məmurlarımız əllərindəki azmış kimi, indi də ac qurd kimi gözlərini Qarabağa hərisliklə dikiblər.
Paralel.az

0.016921043395996