Yersiz səbr istəmirəm...  

Yersiz səbr istəmirəm...  
 



Ay səbrimi verən,hərlənmə gendən,
Axı, bu qədər səbr, gərək nəyimə?
"Səbrlə halva bişər, ey qora səndən"...
Daha baxılmır, bu boyat deyimə.

Səbri al, cəsarət,hünər ver mənə,
Səni qucaqlayım, öpüm əlindən.
Gözləməyi deyil, təpər ver mənə,
Nankoru dağlayım, asım dilindən.

Səbri istəmirəm mən qucaq - qucaq,
Həddini aşırsa, nəyimə lazım.
Məni edəcəksə, gülünc, oyuncaq,
Vaxtında bir dərin məzarın qazım.

Səbrlə daha halva bişmir qoradan,
Onun od -- ocağı çoxdan keçibdi.
Hələ də seçmirik ağı qaradan,
Səbrsiz dünya,bunu çoxdan seçibdi.

Zəmanə özgədir, dəyər dəyişib,
Soyundurub səbri, tamam lüt edir.
Dünyanın başında fitnə əyləşib,
Daha səbr kündəsi bişmir, küt gedir.
Mayıl Dostu
Paralel.az

0.018301963806152