Bağdad hava limanına 6 raket atılıb

Bağdad hava limanına 6 raket atılıb
 

İraqın paytaxtı Bağdaddakı beynəlxalq hava limanı atəşə tutulub.

Paralel.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Bildirilib ki, aeroporta 6 raket atılıb. Onlardan bəzilərinin uçuş-enmə zolağına və aeroport binasına yaxın düşdüyü bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Səfurə, Paralel.az

0.090230941772461