M.Cabbarov: "Sənaye zonalarında 2,4 mlrd. manat dəyərində məhsul istehsal edilib"
Paralel.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.
"Sənaye zonaları iqtisadiyyat-n diversifikasiyasında, xüsusilə qeyri-neft sənayesinin inkişafında mühüm rol oynayır. 2021-ci il ərzində sənaye zonalarında 2,4 mlrd. manat dəyərində məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 88,3% çoxdur.
Ötən il sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15,5%-ə yüksəlib, qeyri-neft sənaye istehsalının artımındakı payı isə 30% təşkil edib", - deyə M.Cabbarov qeyd edib.
Səfurə, Paralel.az