Evdən odlu silah və narkotik tapıldı

Evdən odlu silah və narkotik tapıldı
 

Paralel.az xəbər verir ki, İsmayıllıda evində narkotik vasitə və odlu silah gizlədən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı narkotik vasitə daşımaqda və gizlətməkdə şübhəli bilinən rayon sakini Elmir Yaqublu saxlanılıb.

Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirilərkən oradan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də qanunsuz olaraq saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır
Akif Nəsirli

0.024189949035645