Fransalı diplomat Ermənistanda dəmiryolu layihələrini ölkəsinin prioriteti hesab edir

Fransalı diplomat Ermənistanda dəmiryolu layihələrini ölkəsinin prioriteti hesab edir
 

Paralel.az xəbər verir ki, Fransanın Gürcüstan və Ermənistandakı səfirliklərinin iqtisadi attaşesi Fransua-Anri Kloarek Ermənistanda dəmir yolu layihələrinin həyata keçirilməsini Fransanın prioritetlərindən biri adlandırıb: “Kloarek qeyd edib ki, Fransa İnkişaf Agentliyi dəmir yolu layihələri çərçivəsində, Fransa hökuməti onların həyata keçirilməsi üçün yardım göstərə bilər.
Fransa tərəfi əmin edib ki, onlar üçün Ermənistanda proqramların həyata keçirilməsi vacibdir və dəmir yolu layihələri onların prioritetlərinin bir hissəsidir.
Xatırladaq ki, daha əvvəl baş nazir Nikol Paşinyan beynəlxalq donorların, o cümlədən Avropa şirkətlərinin Yeraşx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu hissəsinə maraq göstərdiyini bildirib”.
Nigar

0.014568090438843