Polis öldürən qızın atası həbs edildi
Paralel.az xəbər verir ki, İranda polis tərəfindən öldürülən qızın atası həbs edilib.
İranda İnsan Haqları Təşkilatı polis məmurlarının Təbriz-Zəngan yolunda hərəkətdə olan avtomobilə atəş açması nəticəsində öldürülən 7 yaşlı qızın atasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini yazıb.
Məlumatda bildirilib ki, yanvarın 19-da İran polislərinin "Pejo-405" markalı avtomobilə sənədlərinin olmaması səbəbi ilə atəş açması 7 yaşlı körpənin ölümü, onun bacısının isə ağır yaralanması ilə nəticələnib.
Hazırda isə öldürülən qızın atası Kamal Pələnginin qızının dəfn mərasimində təhlükəsizlik qüvvələri tərəfindən həbsi ilə bağlı xəbərlər yayılıb.
Akif Nəsirli