Bakıda oyuncaq tapança ilə evə basqın edilib

Bakıda oyuncaq tapança ilə evə basqın edilib
 

Paralel.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə rayon ərazisində yaşayan F.Hüseynovun evinə gələn şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və videogörüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb.
Akif Nəsirli

0.022647142410278