Yeni virus variantları ortaya çıxa bilər?

Yeni virus variantları ortaya çıxa bilər?
 

Paralel.az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi koronavirus elmi komitəsinin üzvü doktor Tevfik Özlü  Omicron variantı ilə bağlı açıqlamalar verib.
Epidemiyanın gedişi ilə bağlı dəqiq bir şey söyləməyin mümkün olmadığını bildirən doktor həm peyvənd nisbətlərinin, həm də xəstəliyi keçərək əldə edilən toxunulmazlığın bu xəstəliyin daha yüngül gedişatına səbəb olduğunu deyib: “Bu, bizim gözləntimizdir.
Omicron variantı xüsusən də yüngül bir xəstəlik kimi keçdiyi üçün kifayət qədər immunitet təmin edə bilməyəcək. Çünki immunitetin inkişafı üçün şəkil bir az ağır olmalıdır. Yüngül simptomları olanların immuniteti daha zəif ola bilər.
İkincisi, yeni variantlar ortaya çıxa bilər. Hələ də dünyada çoxlu viruslar, virusu daşıyan insanlar var. Bu barədə qəti bir söz demək mümkün deyil. Amma hamımız ümid edirik ki, bu proses ən qısa zamanda bitəcək”.
Nigar

0.017461061477661