Bakıdakı parkinqlar kimin imiş?

Bakıdakı parkinqlar kimin imiş?
 

Paralel.az xəbər verir ki, Bakıda 600-dən çox qanunsuz “parkovşik” (parkinq nəzərətçisi) işləyir.

Lakin bir gecədə hamısı qəflətən yoxa çıxıb. Son iki gündə paytaxtın küçə və prospektlərində onlara rast gəlmək olmur.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, qeyri-qanuni parkinqi Bakıdakı “ASA” parkinq, keçmiş polis rəisi, ehtiyatda olan polkovnik Nizami Qocayevin yaratdığı “Çinar” parkinq və özlərini Qarabağ qazisi kimi təqdim edən şəxslər həyata keçirirlər.

Ekspertin sözlərinə görə, hər ay “parkovşiklər” 300.000 manata yaxın pul yığır.

“Elə edə bilərik ki, bu məbləğ “YAŞAT” Fonduna getsin. Özünü qazi kimi qələmə verərək pul qazanan saxtakarların əvəzinə, Qarabağ qazilərimizi orada işlə təmin edə bilərik. Qazanılan vəsaiti də “YAŞAT” Fonduna köçürüb, qazilərin müalicəsinə və sosial problemlərinin həllinə dəstək olarıq. Niyə həmin məbləğ kiminsə cibinə getməlidir? Bu açıq-aşkar korrupsiyadır”, - deyə o bildirib.
A.Nəsirli

0.051957130432129