Ermənistanda yeni həbslər gözlənilir

Ermənistanda yeni həbslər gözlənilir
 

Paralel.az xəbər verir ki, Ermənistanda istifadəyə yararsız raketlərin əldə edilməsi faktı ilə başlanan cinayət işi çərçivəsində yeni həbslər ola bilər. Bu barədə “Joxovurd” qəzeti yazır: “Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyana, silah tədarükü ilə məşğul olan keçmiş müdafiə naziri David Tonoyana, iş adamı David Qalstyana qarşı cinayət işi üzrə Milli Təhlükəsizlik Xidməti işi məhkəməyə göndərmək qərarına gəlib.
Silahlı Qüvvələrin ehtiyacları üçün sursatların verilməsində sui-istifadə və xüsusilə külli miqdarda oğurluq faktları ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı davam edir”.
Nigar

0.044739007949829