İşıqforlarda yaranan problem aradan qaldırılıb

İşıqforlarda yaranan problem aradan qaldırılıb
 

Səhər saatlarından paytaxtın Şəmsi Bədəlbəyli küçəsi ilə Səməd Vurğun küçəsinin, eləcə də Mirzəağa Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində işləməyən işıqforlar artıq bərpa edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, ərazi üzrə elektrik verilişində yaranmış qısa fasilə səbəbindən küçələrin kəsişməsində quraşdırılan işıqforlar işləmirdi:

“Artıq problem aradan qaldırılıb, işıqforların fəaliyyəti bərpa edilib", - deyə M.Ağayev bildirib.

Səfurə, Paralel.az

0.019007921218872